BAKI, 5 sentyabr — Sputnik. 1991-ci il sentyabrın 5-də prezident Ayaz Mütəllibov Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaradılması barədə fərmanı verib.
C.Naxçıvanski adına hərbi məktəbin rəisi, general-leytenant Valeh Bərşadlı ölkənin ilk müdafiə naziri təyin edilib. Lakin müdafiə naziri Silahlı Qüvvələrə deyil, "milli özünümüdafiə qüvvələri"nə rəhbərlik etməli idi. Çünki Azərbaycanda Milli Ordu hələ yaradılmamışdı.
Yalnız bir ay sonra (9 oktyabr) Ali Soveti Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qanun qəbul etdi.