Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 5 sentyabr — Sputnik. Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində, Qax rayon sakini, 1990-cı il təvəllüdlü Hacızərova Arzu Nazim qızı dənizdə batıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, mərhum, nişanlısı Rahib Məmmədovla birlikdə çimərkən, güclü dalğalar səbəbindən boğulub.
R. Məmmədov müxtəlif bədən xəsarətləri alsa da, sağ qalıb. Qax rayon sakinlərinin verdikləri məlumata görə, bir ay əvvəl onların nişan mərasimi olub. Yaxın vaxtlarda cütlüyün toy mərasimi olacaqdı.
Qeyd edək ki, mərhumun cəsədi Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb. Gənc qızın cəsədi doğulduğu Qax rayonuna gətirilib.