CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “İctimai internet şəbəkəsini quran şirkətlər internetin sürətini artırmalıdır”

© Sputnik / Murad OrujovAzərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz deyir ki, ictimai internet zəruri informasiyanı əldə etməyə kömək edir

Osman Gündüz: “İnsanların toplaşdığı yerlərdə ictimai internetin tətbiq olunması yaxşı haldır”
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Baktelecom” tərəfindən reallaşdırılan “İctimai internet” layihəsinin əhatə dairəsi bir qədər də genişləndirilib. Artıq Səməd Vurğun və Muğan bağlarını istirahət üçün seçən insanlar da pulsuz internet xidmətindən faydalana bilərlər.

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz Sputnik Azərbaycan-a deyir ki, insanların toplaşdığı, istirahət etdiyi yerlərdə ictimai internetin tətbiq olunması yaxşıdır: “Biz xarici ölkələrdə olanda da görürük ki, bunun kommersiya olanı da, olmayanı da mövcuddur. Kommersiya olmayan keyfiyyətsiz olsa da, istənilən halda zəruri bir informasiyanı əldə etməyə kömək edir”.

Xəbər lenti
0