CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “Bugünkü şərtlərlə Azərbaycanda ev almaq vətəndaşı təmin eləmir”

© Sputnik / Fuad HasanovƏmlak eksperti Nüsrət İbrahimov
Əmlak eksperti Nüsrət İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyir ki, Türkiyədə mənzil alan azərbaycanlılar əsasən Azərbaycanda öz ehtiyaclarını ödəmiş insanlardır

Nüsrət İbrahimov: “Bəzi vətəndaşlar turizm məqsədi ilə Türkiyədə ev alırlar”
2017-ci ilin 7 ayı ərzində azərbaycanlılar Türkiyədə 394 mənzil alıb. İyulda Azərbaycan vətəndaşları Türkiyədən 61 mənzil alıb. Ötən ilin İyul ayında bu rəqəm 39 idi.  

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Türkiyədə mənzil alan azərbaycanlılar əsasən Azərbaycanda öz ehtiyaclarını ödəmiş insanlardır: “Buna görə də onlar vəsaitlərinin bir hissəsini Türkiyəyə çıxarırlar. Digər tərəfdən, Türkiyədə oxuyan tələbələrin sayının artmasına görə, valideynlər mənzil şəraitini yaxşılaşdırılması üçün oradan mənzil alırlar. Həmçinin bəzi vətəndaşlar turizm məqsədi ilə Türkiyədə ev alırlar”.

“Bugünkü şərtlərlə əlbəttə Azərbaycanda ev almaq vətəndaşı təmin eləmir. Biz bu gün mənzili su qiymətinə satsaq, faiz dərəcələrini aşağı salsaq bazar buna dözməz. Ona görə də bazarın imkanlarından çıxış etsək bu gün Azərbaycanın əmlak bazarındakı qiymətlər məqsədəuyğundur” – deyə o bildirib.

Xəbər lenti
0