Çin Ermənistana hərbi yardım ayırıb

© Ermənistan MN mətbuat xidmətiВиген Саркисян и Чань Ваньюань
Виген Саркисян и Чань Ваньюань - Sputnik Azərbaycan
Abunə olmaq
Sarkisyan: "Ermənistan Çində hərbi mütəxəssislərin hazırlanması proqramını genişləndirməyə hazırdır"

BAKI, 5 sentyabr — Sputnik. Ermənistanın müdafiə naziri Vigen Sarkisyan, Çin Xalq Respublikasına rəsmi səfəri zamanı çinli həmkarı Çan Vantsyuanla görüşüb. Rəsmi mərasimdən sonra Ermənistan-Çin danışıqları başlayıb.

Азербайджанский город Ханкенди, находящийся под оккупацией Армении - Sputnik Azərbaycan
QARABAĞ
Ermənistan tərəfi anlaşmaya əməl etmir

Sputnik Azərbaycan Ermənistanın Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, danışıqların yekununda Pekində ÇXR-in Ermənistana 10 mln yuan (1,5 mln. dollara yaxın) dəyərində hərbi yardım etməsi barədə saziş imzalanıb.

Hərbi və maliyyə yardımı haqqında sazişlərlə yanaşı Sarkisyanla Vantsyuan arasında humanitar sahədə və hərbi mütəxəssislərin hazırlanmasında əməkdaşlıq məsələləri barədə də ikitərəfli razılaşmalar əldə edilib. Sarkisyan bildirib ki, erməni hərbi qulluqçuları Çinin ali hərbi məktəblərində təhsil alacaqlar.

"Onlara yüksək səviyyədə hərbi hazırlıq keçiləcək. Ermənistan Çində hərbi mütəxəssislərin hazırlanması proqramını genişləndirməyə hazırdır" — erməni nazir qeyd edib.

Xəbər lenti
0