BAKI, 5 sentyabr — Sputnik. Braziliya polisi Avropa qitəsinə 6 ton kokain daşımaq istəyən narkotik tacirlərini həbs edib. Sputnik Azərbaycan bu barədə "Star"-a istinadən xəbər verir.
Federal polisdən verilən məlumata görə, narkotik alverçiləri San Paulo ştatındakı Santus limanını baza olaraq istifadə ediblər. Onlar Latın Amerikası ölkələrindən gətirdikləri narkotik vasitələri bu limana yığaraq Avropa qitəsinə daşıyırmışlar.
Narkotik tacirlərinə qarşı əməliyyata 800-dən çox polis cəlb olunub.