Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ölkənin şimalındakı meşə yanğınında üzücü xəbər

© Photo : FHN mətbuat xidmətiQəbələ rayonu Solquca və Abrıx kəndləri yaxınlığındakı meşə ərazisində baş vermiş yanğının söndürülməsi işləri
Qəbələ rayonu Solquca və Abrıx kəndləri yaxınlığındakı meşə ərazisində baş vermiş yanğının söndürülməsi işləri - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın küləkli olması, ərazinin də qayalıq olması işləri çətinləşdirir

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 4 sentyabr — Sputnik. Oğuz və Qəbələdə yanğınlar səngimək bilmir. Hava şəraiti və digər səbəblərdən söndürülməsi mümkün olmayan yanğınlar daha geniş əraziyə yayılıb. Yanğının yaşayış ərazilərinə keçmə təhlükəsi olduğundan aidiyyatı qurumlar ciddi tədbirlər görür.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Oğuz meşəsində ötən gündən başlayan yanğın genişlənərək daha böyük ərazini əhatə edib. Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında başlayan yanğın güclü külək nəticəsində sonradan Şahdağ Milli Parkının Oğuz bölməsinin ərazisinə də keçib. Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları və texnikası hadisə yerinə cəlb olunub. Lakin havanın küləkli olması, ərazinin də qayalıq olması işləri çətinləşdirir. Yanğının söndürülməsi üçün əsasən, ağır texnika və əl əməyindən istifadə edilir. Qəbələdə də bir neçə gün öncə söndürülən ərazilərdə yanğınlar yenidən alovlanıb. Rayonun Abırıx, Tikanlı və Solqıca kəndlərinə yaxın dağlarda yanğın 5 hektar ərazini əhatə edib. Küləkli hava yanğının nəzarət altına alınmasına çətinlik törədir. Əraziyə ETSN, FHN-nin əməkdaşları və texnikası cəlb olunub. Hər iki rayonda da yanğının yaşayış ərazilərinə yaxınlaşmasının qarşısını almaq üçün bütün mümkün tədbirlərdən istifadə olunur.


Xəbər lenti
0