BAKI, 4 sentyabr — Sputnik. Sentyabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Varşavaya gedib.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, səfər Polşa Respublikasının Milli Müdafiə naziri Antoni Maçereviçin dəvəti əsasında reallaşıb.
Səfər çərçivəsində Zakir Həsənovun polşalı həmkarı ilə ikitərəfli formatda görüşü nəzərdə tutulub.
Nazirin Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirakı və digər tədbirləri planlaşdırılır.