CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Qəbul prosesində şəffaflıq bundan sonra da qorunub saxlanacaq”

Abunə olmaq
Təhsil eksperti Kamran Əsədov deyir ki, ali məktəblərə qəbul zamanı tətbiq olunan test imtahanları artıq özünü doğrultmur

Kamran Əsədov: “Yeniliklərin tətbiqi insanların konpitensiyalarının artmasına gətirib çıxaracaq”
2019-cu ildə Azərbaycanın təhsil tarixində də böyük dəyişiklik olacaq. 26 ildən sonra ali məktəblərə qəbul olmaq üçün keçirilən test imtahanı yeni forma ilə əvəzlənəcək.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, 2010-cu ildən sonra keçirilən qəbul imtahanlarının nəticələri abituriyentlərin əldə etdiyi biliklərin tələblərə cavab vermədiyini ortaya çıxarır: “Ona görə ki, onların əmək bazarında şifahi nitq və yazı vasitələrindən istifadəsi çox aşağı səviyyədədir. Yəni Azərbaycanda 1992-ci ildən ali məktəblərə qəbul zamanı tətbiq olunan test imtahanları artıq özünü doğrultmur. Ona görə də həmin şəxslərin bilik və bacarıqlarının yoxlanılması müxtəlif formalarda həyata keçirilir”.

“Ali məktəblərə qəbul zamanı qapalı test modellərindən imtina, açıq testlərin tətbiqi gələcəkdə bizə lazım olacaq insanların konpitensiyalarının artmasına gətirib çıxaracaq. Mən hesab edirəm ki, bu variantın Azərbaycanda tətbiqi heç də pis olmayacaq. İnsanları düşündürən məqam qəbul zamanı şəffaflığın necə təmin olunacağıdır. Hesab edirəm ki, bu yeniliklər tətbiq olunduqdan sonra 26 ildir qəbul prosesində olan şəffaflıq bundan sonra da qorunub saxlanacaqdır” – deyə o bildirib.

Xəbər lenti
0