BAKI, 4 sentyabr — Sputnik. Türkiyənin Çorum vilayətinin Gemet kəndində qeyri-adi yanğın hadisəsi baş verib.
Sputnik Azərbaycan Hürriyet-ə istanadla xəbər verir ki, Musa Kaya adlı şəxsə məxsus evdə elektrik şəbəkəsində yaranan qısa qapanma nəticəsində yanğın baş verib. Alov qısa müddətdə bütün evi bürüyüb. Musa Kaya əvvəlcə ailəsi ilə birlikdə yanğını söndürməyə çalışıb. Sonra Çorum Bələdiyyəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gələrək yanğını nəzarət altına alıb. Ev içindəki əşyalarla birlikdə yanaraq yararsız vəziyyətə düşüb.
Musa Kaya heyvandarlıqla məşğul imiş. O, qurban bayramı münasibətilə qurbanlıq heyvanların satışından 1 milyon lirə (291 min dollar) əldə edibmiş. Musa Kaya evində baş verən yanğın zamanı bayramda qurbanlıq heyvanların satışından əldə etdiyi həmin vəsaitin də yandığını bildirib.