BAKI, 4 sentyabr — Sputnik. Sentyabrın 8-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü keçiriləcək. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin mətbuat katibi Aleksandr Volkov məlumat verib.
Görüş Müqəddəs Danilov monastırında keçiriləcək.
A.Volkov vurğulayıb ki, din xadimlərinin və dindarların səyləri regionda vəziyyətin yaxşılaşmasına kömək edir.