BAKI, 3 sentyabr — Sputnik. İstanbulun əhalisi son 5 ildə 1 milyon nəfər artıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 1927-ci ildə İstanbulun 806 min nəfər əhalisi olub.
Bu göstərici 2016-cı ildə 14 milyon 804 min 116 nəfərə çatıb. Son 5 ildə əhalisinin sayı 1 milyon nəfər artan İstanbul şəhəri, əhali sayına görə dünyanın 145 ölkəsini geridə buraxıb.
Türkiyə Statistika İdarəsinin məlumatına görə, 2016–cı ilin sonunda 79 milyon 814 min 871 nəfər olaraq müəyyən edilən Türkiyə əhalisinin 18,5 faizi, məhz İstanbulda yaşayır.