BAKI, 3 sentyabr — Sputnik. Bakıda oğurluq hadisəsi baş verib. Sputnik Azərbaycan lent.az-a istinadən bildirir ki, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yaşayan Fəridə Vəliyeva, evində xadimə kimi işləyən Rada adlı qadının onun qızıllarını oğurladığını bildirib. Şikayətçi qeyd edib ki, xadimə mənzildən 4 min manatlıq qızıl oğurlayıb və işə gəlməyib.
Hazırda fakt üzrə araşdırma aparılır.