BAKI, 3 sentyabr — Sputnik. Şimali Koreya lideri Kim Çen In yüzlərlə gənc əsgərin fonunda şəkillər çəkdirib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bununla, Şimali Koreyanın 9 sentyabrda rəqiblərinə qarşı ciddi həmlə edəcəyini nümayiş etdirib.
Hazırda bütün dünya Şimali Koreyanın yeni nüvə silahını sınaqdan çıxaracağı günü gözləyir. Belə ki, sonuncu dəfə atdığı raketin Yaponiyanın üzərindən keçməsi ilə dünyanı dəhşətə salan rəsmi Pxenyan, sentyabrın 9-da yeni bir nüvə silahını sınaqdan keçirməyə hazılaşır.