Morqlar dolub, hökumətə çağırış edildi

© AP Photo / David J. PhillipHarvey qasırğasının Hyuston şəhərində törətdiyi fəsadlar, 29 avqust 2017-ci il
Harvey qasırğasının Hyuston şəhərində törətdiyi fəsadlar, 29 avqust 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhərində morqlar dolub, morq rəhbərliyi hökumətdən, qasırğa qurbanlarının cəsədlərinin yığılması üçün yeni bir yerin verilməsini xahiş edib

BAKI, 2 sentyabr — Sputnik. ABŞ-da Harvey qasırğasının qurbanlarının sayı artmaqda davam edir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qasırğa qurbanlarının sayı 50 nəfərə çatıb.

Tayfun, arxiv şəkli - Sputnik Azərbaycan
Dəhşətli qasırğa insanları və ağacları pərən-pərən saldı - Görüntülər

Harvey qasırğası bu həftə ABŞ-ın Texas və Luiziana ştatlarını ağuşuna alıb. Qasırğa güclü yağışlara səbəb olub. Hazırda onlarla yaşayış məntəqəsi su altında qalıb.

Verilən məlumatlara görə, Texasın Hyuston şəhərində morqlar dolub. Morq rəhbərliyi hökumətdən, qasırğa qurbanlarının cəsədlərinin yığılması üçün yeni bir yerin verilməsini xahiş edib. Daşqından sonra şəhərin cənazə bürolarının fəaliyyətini dayandırması vəziyyəti bir qədər də ağırlaşdırıb.

ABŞ-ın vitse prezidneti Maykl Pens açıqlamasında bildirib ki, qasırğadan sonra 310 min insan dövlət yardımı almaq üçün qeydə alınıb. Qasırğadan zərər çəkənlər üçün artıq 530 milyon ABŞ dolları ayrılıb. Ştatlarda 100 mindən çox evə zərər dəyib.

Xatırladaq ki, Harvey qasırğası ABŞ əhalisinin son 12 ildə qarşılaşdığı ən dağıdıcı qasırğadır. Sonuncu dəfə 2005-ci ildə Orlean və Luizyana ştatlarında dağıdıcı hesab edilən qasırğalardan Katrin qasırğası yaşanmışdı.

Xəbər lenti
0