O qadını görmək üçün hər kəs növbəyə durur

© Photo : Youtube / nollygrioŞanti Devi
Şanti Devi - Sputnik Azərbaycan
Abunə olmaq
Onun bədəni və əl-ayağı balacalaşıb və quruyub

BAKI, 2 sentyabr — Sputnik. Hindistanda qadın 3-cü doğuşdan sonra iki dəfə balacalaşıb. Artıq 20 ildən çoxdur ki, Şanti Devi adında qadın ancaq yaxınlarının köməyi ilə hərəkət edə bilir. Onun bədəni və əl-ayağı balacalaşıb və quruyub.

Öküz, arxiv şəkli - Sputnik Azərbaycan
Bıçaqdan qaçan buğa qadını sürüdü

Publika.az xəbər verir ki, üçüncü uşağın doğuşuna kimi Şanti adi qadınlardan heç də fərqlənmirdi. Ancaq sonra onun səhhəti anidən pisləşməyə doğru getdi. Getdikcə balacalaşdığını görən əri həyat yoldaşını həkimlərə göstərsə də, onun xəstəliyinin nə olduğu heç kəs tapa bilməyib.

Yerli həkim Pankaj Srivastavanın təxmininə görə, Şantidə büllur insan xəstəliyinin simptomları var. Həmin xəstəlik uşaqlıq vaxtın özünü büruzə verir. Şantidə bu xəstəlik özünü böyük yaşlarda biruzə verdiyindən onun da bu xəstəliyə düçar olduğunu tam əminliklə demək olmur. Bu qadın insanlarda maraq doğurduğundan, ona baxmaq üçün yaşadığı kəndə turistlər axın edirlər.

Xəbər lenti
0