Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kəmaləddin Heydərov hadisə yerinə yollanıb

© AP Photo / Ioanna SpanouMeşə yanğınları, arxiv şəkli
Meşə yanğınları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qəbələ rayonu Solquca və Abrıx kəndləri yaxınlığındakı meşə ərazisində baş vermiş yanğının söndürülməsi işləri davam etdirilir

BAKI, 2 sentyabr — Sputnik. 28 avqust 2017-ci il tarixindən Qəbələ rayonunun Solquca və Abrıx kəndləri yaxınlığındakı meşə ərazisində başlamış yanğın davam edir. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yanğının söndürülməsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 91 nəfər şəxsi heyyət (46 nəfər Bakı qarnizonu şəxsi heyyəti), 4 ədəd yanğınsöndürmə avtomobili, Mülki müdafiə qoşunlarından 58 nəfər şəxsi heyyət, 4 ədəd texnika, Şimal-qərb Regional Mərkəzindən 20 nəfər şəxsi heyyət, 4 ədəd texnika, Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri yanğının söndürməsi işlərinə cəlb olunmuşdur. Eyni zamanda Rayon İcra Hakimiyyətinin və Meşə təsərüfatı idarəsinin 50 nəfər canlı qüvvəsi və 13 ədəd müxtəlif təyyinatlı texnikası cəlb olunub.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov hazırda hadisə rayonundadır. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Xəbər lenti
0