Eyyub Hüseynov: “İnsanlar Qurban baramında ət alan zaman ehtiyyatlı olsunlar”
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən (DBNX) respublikanın rayon və şəhərlərində qurbanlıq heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda satışının və kəsiminin qarşısının alınması, ətlərin baytarlıq-sanitariya ekspertizasından keçirilməsi məqsədi ilə əmr imzalanıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycana deyir ki, hər il Qurban bayramı adı altında kampaniya keçirilir: “İllərdir Bakının qəssabxanaya çevrildiyini görürük. Bayram günlərində Bakının bir çox əraziləri qəssabxanaya çevrilir. Mən onun tərəfdarıyam ki, işlər müvəqqəti yox, daimi şəkildə aparılsın. Aparılan ekspertizalar normal keçirilmir”.
“Ümumiyyətlə bu kampaniyalarda ictimai nəzarət sıfır vəziyyətindədir. Laborotoriyalara akreditasiya olunma məsələsi, ekspertizanı kimlərin keçirməsi bunlar hamısı qaranlıq olaraq qalır. Rayonlardan Bakıya gətirilən heyvalara saxta sağlamdır sənədi verilir. Qurban baramında ət alan zaman insanları ehtiyyatlı olmağa çağırıram” – deyə o bildirib.