CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir yol əhalinin istifadəsinə verildi

© Official website of President of Azerbaijan Republicİlham Əliyev əsaslı şəkildə yenidən qurulan Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun açılışında
İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun açılışında - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun açılışında iştirak edib

BAKI, 2 sentyabr — Sputnik. Prezident İlham Əliyevin rəhbərliyi ilə son dövrlərdə ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirlər çərçivəsində yeni magistral yollar salınır və mövcud yollar müasir səviyyədə yenidən qurulur. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Respublika əhəmiyyətli yollarla bərabər, kənd və qəsəbələrarası yolların təmirinə və yenidən qurulmasına göstərilən diqqət ölkədə, ilk növbədə, sosial layihələrin ardıcıl xarakter aldığını aydın nümayiş etdirir. Belə layihələrdən biri də Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasıdır.

Cəlilabad rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun açılışında iştirak edib. Bu avtomobil yolu 2017-ci ildə ölkədə icra ediləcək "40 yol layihəsi" çərçivəsində "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müasir səviyyədə yüksək keyfiyyətlə və texnoloji ardıcıllıqla yenidən qurulub.

© Official website of President of Azerbaijan Republic“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov prezident İlham Əliyevə yenidən qurulan Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolu barədə məlumat verir
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov prezident İlham Əliyevə yenidən qurulan Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolu barədə məlumat verir  - Sputnik Azərbaycan
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov prezident İlham Əliyevə yenidən qurulan Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolu barədə məlumat verir

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, 20 min nəfər əhalinin yaşadığı 23 kəndi birləşdirən bu yolun ümumi uzunluğu 21,2 kilometrdir. Dördüncü texniki dərəcəyə uyğun yolun eni 6 metrdir. İki hərəkət zolaqlı avtomobil yolunun yenidən qurulması zamanı müxtəlif diametrli suötürücü borular quraşdırılıb, müxtəlif yol nişanları və göstərici lövhələr qoyulub. Bu layihənin icrası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin sosial məsələlərinin həllinə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə, həmçinin yük və sərnişin daşımasının xeyli yaxşılaşmasına töhfə verəcək.

Prezident İlham Əliyev Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti
0