Azərbaycan hərbçiləri ABŞ ordusu ilə birgə təlimlərə qatılacaqlar

Abunə olmaq
Proses Gürcüstanın Axaltsixe şəhərinə yaxın Orfolo hərbi poliqonunda baş tutacaq

BAKI, 2 sentyabr — Sputnik. Azərbaycan, Gürcüstan, ABŞ, Bolqarıstan, Ermənistan, Latviya, Rumıniya və Ukraynanın iştirak edəcəyi "Agile Spirit 2017" hərbi təlimləri keçiriləcək. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, proses 3-11 sentyabr tarixlərində, Gürcüstanın Axaltsixe şəhərinə yaxın Orfolo hərbi poliqonunda baş tutacaq.

Gürcüstan Müdafiə Nazirliyindən verilən açıqlamada, təlimlərdə 1500 hərbçi iştirka edəcək. Məlumatda bildirilir ki, təlimlərdə iştirak edəcək ABŞ hərbçiləri artıq Gürcüstana gəliblər.

Qeyd edək ki, "Agile Spirit 2017" təlimlərinin əsas məqsədi Gürcüstan ordusunun NATO standartlarına uyğunluğunun möhkəmləndirilməsi, partnyor ölkələrlə müştərək əməliyyatlar aparma işinin yoxlanılması, nəticədə bölgədə sülh və sabitliyi qorunması vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyır.

Xəbər lenti
0