Avropada təlaş: insanlara dərman paylanılır

© Photo : Rainer Jensen/dpa via APAlmaniyada əhaliyə paylanan həblər
Almaniyada əhaliyə paylanan həblər - Sputnik Azərbaycan
Abunə olmaq
Əvvəlcədən paylanılan həblər əhalinin narahatlığına səbəb olub

BAKI, 2 sentyabr — Sputnik. Almaniya hökuməti ölkə vətəndaşlarına dərman paylayıb. Belə ki, Belçika ilə sərhəddə nüvə sızıntısı təhlükəsi Almaniyanın narahatlığına səbəb olub.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Almaniya hökuməti Achen bölgəsi sakinlərinə nüvə qazına qarşı yod həbi paylamağa qərar verib. Ətraf mühit üzrə mütəxəssis Markus Kremer bildirib ki, məqsəd bu həbləri paylayaraq insanları daha da çox narahat etmək deyil, amma riski düşünüb bunun qarşısını almaq lazımdır.

Əvvəlcədən paylanılan həblər əhalinin narahatlığına səbəb olub. Vətəndaşlar, dövlətin onları düşündüyü üçün şad olduqlarını, ancaq dərman paylanırsa, deməli hansısa təhlükə gözlənildiyindən əndişəlidirlər.

Xatırladaq ki, yoh həbi nüvə fəlakəti zamanı insanları trioid xərçəngindən qoruyur. Xüsusilə uşaq yaşlarında qəbul edilən yod həbləri trioid xərçəngi olma riskini azaldır.

Xəbər lenti
0