BAKI, 1 sentyabr — Sputnik. "Daha iki vətəndaşımız Türkiyədə həbs olunub". Sputnik Türkiyə xəbə verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Xatırladaq ki, bu ilin iyulunda alman vətəndaşı olan insan haqları müdafiəçisi Peter Ştidetner də İstanbulda həbs edilmişdi. Rəsmi Ankara alman aktivisti, hökuməti çevriliş yolu ilə dəyişməyə çalışan ekstremistlərə dəstək verməkdə təqsirləndirir.
Yeni həbslə bağlı Türkiyə hökumətindən hələlik heç bir açıqlama verilməyib.