Dövlət qurumu bayramın ikinci günü üçün əhalini xəbərdar edir

© Sputnik / Murad OrujovЛюди на Бакинском приморском парке
Люди на Бакинском приморском парке - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik gözlənilən hava şəraiti ilə bağlı açıqlama yayıb

BAKI, 1 sentyabr — Sputnik. Sentyabrın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək.

Дождь, фото из архива - Sputnik Azərbaycan
Diqqət: Payız havası yaxınlaşır

Havanın temperaturunun gecə 22-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 23-25°, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın hərarətinin gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.

Xəbər lenti
0