Ağasiyev Bayram 1949- cu ildə Şabran rayon Dağbilici kəndində anadan olub. Uşaq yaşlarımdan musiqiyə böyük marağı olub.
Bayram Ağasıyev tar sənətində "ilk"lərə imza atdığını qeyd edir: "Tarın çanağını tut ağacından, qolunu qoz ağacından, aşıqlarını armud ağacından yığıram. Tarın içərisində dayaq tiri olur. Mən isə o tiri birbaşa qolun üzərində hazırlayıram və qolun tiri gəlib tarın içərisində yerləşir. Bu isə tar alətində yenilikdir".