CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranda 250 baş qurban kəsilərək ehtiyacı olanlara paylanıb

© Sputnik / Rahim MuradovLənkəranda ehtiyacı olan ailələrə qurban əti paylanılıb
Lənkəranda ehtiyacı olan ailələrə qurban əti paylanılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Hər 3 məsciddə bayram namazı qılınıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 1 sentyabr — Sputnik. Bu gün ölkəmizin bütün bölgələrində olduğu kimi, Lənkəranda da Qurban bayramı namazı qılınıb və qurbanlar kəsilib.

© Sputnik / Rahim MuradovLənkəranda Qurban bayramı namazı
Lənkəranda Qurban bayramı namazı - Sputnik Azərbaycan
Lənkəranda Qurban bayramı namazı

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə, şəhərin Kiçik Bazar, Böyük Bazar və Qalayçılar məscidlərində, 250-ə yaxın qurban kəsilərək ehtiyacı olan ailələrə, şəhid ailələrinə və əlillərə paylanılıb.

© Sputnik / Rahim MuradovQurbanlıq ət payları
Qurbanlıq ət payları - Sputnik Azərbaycan
Qurbanlıq ət payları

İcra başçısı Taleh Qaraşov hər üç məscidə gedərək proseslə maraqlanıb.

Ardınca hər 3 məsciddə bayram namazı qılınıb. Tezliklə işğal altında olan torpaqlarda bayram namazı qılınması və ölkəmizin daim rifah halında yaşaması üçün dualar edilib.

Xəbər lenti
0