Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Ətin qiyməti əsaslı dərəcədə bahalaşıb”

© Sputnik / Anar MustafayevVahid Məhərrəmov - Kənd təsərrüfatı üzrə ekspert
Vahid Məhərrəmov - Kənd təsərrüfatı üzrə ekspert - Sputnik Azərbaycan
Abunə olmaq
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov deyir ki, qiymət artımının səbəblərindən biri təklifin azlığıdır

Vahid Məhərrəmov: “Digər ölkələrdə vəziyyət bizdən fərqlidir”
Hər il Qurban bayramı ərəfəsində ətin qiymətində artım müşahidə edilir. Bəzən bu qiymət artımı real iqtisadi proseslərlə bağlı olsa da, bir çox hallarda süni şəkildə artırılır. Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov Sputnik Azərbaycan-a deyir ki, artıq regionlarda qiymətlər bahalaşıb: “Aparılan müşahidələr zamanı 25-30 %-lik qiymət artımı qeydə alınıb. İri və xırda buynuzlu heyvanların qiyməti bahalaşıb. İstehlakçılar diri heyvan almağa maraqlıdırlar. Buna görə də onun da qiymətində artım var”.

“Qiymət artımının səbəblərindən biri də, təklifin azlığıdır. Digər ölkələrdə isə bunun tam əksi baş verir. Sahibkarlar çalışır ki, daha çox ət satıb, gəlir əldə etsinlər. Bizdə təklifin azlığı qiymətlərə təsir edən əsas amillərdən biridir” – deyə o bildirib.

Xəbər lenti
0