Kimya zavodunda partlayış baş verdi

© AP Photo / Gregory Bull"Arkema" şirkətinə məxsus zavodun yaxınlığında dayanan polislər
Arkema şirkətinə məxsus zavodun yaxınlığında dayanan polislər - Sputnik Azərbaycan
Abunə olmaq
Kimya zavodu, "Harvi" qasırğası səbəbilə artıq 1 həftə idi ki, fəaliyyət göstərmirdi

BAKI, 31 avqust — Sputnik. Güclü sel səbəbilə sulara qərq olan ABŞ-ın Hyuston şəhərindən 30 km məsafədə yerləşən kimya zavodunda ard-arda partlayışlar baş verib. Sputnik Azərbaycan "İndependent"-ə istinadən xəbər verir ki, partlayış sonrası yaranan qatı tüstü səbəbindən 1 polis zəhərlənərək xəstəxanaya aparılıb.

"Arkema" şirkətinə məxsus zavod Hyustondan 30 kilometr aralıda yerləşən Krosbi şəhərindədir.

Qeyd edək ki, kimya zavodu, "Harvi" qasırğası səbəbilə artıq 1 həftə idi ki, fəaliyyət göstərmirdi. Lakin qasırğadan sonra başlayan leysan yağışlar zavod ərazisini də basıb.

Xəbər lenti
0