BAKI, 31 avqust — Sputnik. Koreya yarımadasında illərdir davam edən gərginlik pik həddə çatıb. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, Cənubi Koreya kəşfiyyatı Şimali Koreya rəhbəri Kim Çen Inı aradan götürmək üçün xüsusi sui-qəsd komandası yetişdirib.
Məlumata görə, Seul hökuməti, Şimali Koreya müharibəyə başlayacağı təqdirdə Kim Çen In və müşavirlərini öldürmək üçün xüsusi döyüşçülər hazırlayır. Artıq KXDR-in 1000 hərbi obyekti də hədəfə götürülüb.
Mövzuya münasibət bildirən Cənubi Koreya prezidenti Mun Jae, hər hansı hücuma qarşı cəld şəkildə cavab veriləcəyini deyib.