Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəkidə avtomobil qadını vurdu

© Sputnik / Irade CELILŞəki rayon Mərkəzi Xəstəxanası, arxiv şəkli
Şəki rayon Mərkəzi Xəstəxanası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Natavan Osmanova bədənin müxtəlif nahiyələrinin əzilmiş yaraları və beyin sirkələnməsi diaqnozu ilə Şəki rayon Mərkəzi xəstəxanasına yerləşdirilib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 31 avqust— Sputnik. Avqustun 30-da axşam saatlarında Şəki rayonunun Qoxmuq kəndində yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, avtomobil 33 yaşlı Natavan Osmanovanı vurub.

Hadisə nəticəsində Natavan Osmanova bədənin müxtəlif nahiyələrinin əzilmiş yaraları və beyin sirkələnməsi diaqnozu ilə Şəki rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı Şəki ŞRPŞ- də araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Xəbər lenti
0