Qaçqınlar bu əraziyə köçürüləcəklər

© REUTERS / Yara NardiRomada qaçqınlar, arxiv şəkli
Romada qaçqınlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Polisin bu əməliyyatı həftə boyunca İtaliya mətbuatının əsas gündəm mövzusu olub

BAKI, 31 avqust — Sputnik. Romanın bələdiyyə sədri Virciniya Raggi, qaçqınları mafiya qruplarının əlindən aldıqları binalara yerləşdirəcəklərini söyləyib. Sputnik Azərbaycan-ın “Foxnews”ə istinadən məlumatına görə, o, 200 000-dən çox miqrantın sözügedən binalara köçürüləcəyini bildirib. Bələdiyyə sədri bu barədə özünün "Facebook" səhifəsində yazıb.

Xatırladaq ki, İtaliya polisi ötən həftə Eritreya və Efiopiyadan olan qaçqınların qaldıqları evə basqın etmiş, onlara qarşı suvuranlardan istifadə etmişdi. Polisin bu əməliyyatı həftə boyunca İtaliya mətbuatının əsas gündəm mövzusu olub. Vətəndaşlar polis və hakimiyyətin mövqeyini sərt tənqid etmişdi.

Xəbər lenti
0