Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Əfsanəvi Azərbaycan filminin baş qəhrəmanı öldü

© Sputnik / Fred Grinberg / Mediabanka keçidMuxtarbəy Kantemirov
Muxtarbəy Kantemirov - Sputnik Azərbaycan
Abunə olmaq
“Muxtarbəy yeganə aktyor idi ki, kinoda olduğu kimi, həyatda da bıçaqlarla, qılıncla və qırmancla ustalıqla davranırdı”

BAKI, 31 avqust — Sputnik. Yuliy Qusmanın məşhur “Qorxma, mən səninləyəm!” filmində əsas rollardan birini oynayan aktyor Muxtarbəy Kantemirov avqustun 30-da 83 yaşında vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Stunt-info xəbər yayıb.

Xəbərdə deyilir: “Muxtarbəy yeganə aktyor idi ki, kinoda olduğu kimi, həyatda da bıçaqlarla, qılıncla və qırmancla ustalıqla davranırdı”.

Aktyorun ölümünü aktrisa, “Bakılı oğlanlar” klubunun keçmiş üzvü Yana Nikitina da şərh edib: “Bu gün Muxtarbəy Əlibəyoviç Kantemirov həyatdan köçüb… Ağırdır…” Qeyd edək ki, Nikitina 2011-ci ildə çəkilən “Qorxma, mən səninləyəm! 1919” filmində Kantemirovla tərəf müqabili olub. Bu film, 1981-ci ildə çəkilən əfsanəvi filmin skivelidir.

Kantemirov bir heçə digər məşhur filmdə də çəkilib. Bundan əlavə, o, özünün yaratdığı “Kaskadyor” Moskva atçılıq teatrının bədii rəhbəri olub. Muxtarbəy Kantemirovun atası Əlibəy Kantemirov Rusiyada ilk dəfə “Osetiya cigitləri” atçılıq sirkini yaradıb və məşhur atçapanlar sülaləsinin banisi sayılır.

Xəbər lenti
0