İzmirdə terror: ərazi mühasirəyə alındı

© REUTERS / Kemal AslanBuca rayonunda, həbsxana avtobusunun keçidi əsnasında, yol kənarındakı zibil qutusuna yerləşdirilən partlayıcı qurğu partlayıb
Buca rayonunda, həbsxana avtobusunun keçidi əsnasında, yol kənarındakı zibil qutusuna yerləşdirilən partlayıcı qurğu partlayıb - Sputnik Azərbaycan
Abunə olmaq
Polis hadisə yerini mühasirəyə alıb, bölgədə əməliyyat keçirilir

BAKI, 31 avqust — Sputnik. Türkiyənin İzmir şəhərində partlayış baş verib. Hadisə şəhərin Buca rayonunda, həbsxana avtobusunun keçidi əsnasında, yol kənarındakı zibil qutusuna yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.

Sputnik Azərbaycan "A Haber"-ə istinadən xəbər verir ki, 8 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Hadisənin terror aktı olduğu bildirilir. Polis hadisə yerini mühasirəyə alıb, bölgədə əməliyyat başlayıb.

Xəbər lenti
0