CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlahiyyatçı: “Qurani-Kərimdə qurban sözü heyvan kəsmək mənasında işlədilmir”

© Photo : Facebook / elshadmiriElşad Miri
Elşad Miri - Sputnik Azərbaycan
Abunə olmaq
İlahiyyatçı Elşad Miri deyir ki, insanlar yaradılış iyerarxiyasını qorumalıdırlar

Elşad Miri: “İslam dinindəki bayramlar sosial yardımlaşmanı təbliğ edirlər”
Qurban bayramı İslamın Ramazan bayramı ilə bərabər iki ən böyük bayramından biridir. Ancaq Qurban bayramının mahiyyətini və önəmini heç də hər kəs doğru anlamır. İlahiyyatçı Elşad Miri Sputnik Azərbaycan-a deyir ki, insanlarımız qurbanın nə demək olduğunu anlamalıdırlar: “Qurani-Kərimdə “qurban” sözü bizim bildiyimiz kimi heyvan kəsmək mənasında işlədilmir. Ərəb dilində qurban yaxınlaşmaq deməkdir”.

“Yaradılış iyerarxiyasını qorumalıyıq. İbadətin pozulmamağı üçün qurbanlıq heyvanlar xüsusi yerlərdə kəsilməli, təmizlik olmalıdır. İslam dininin iki əsas bayramı da sosial yardımlaşmanı təbliğ edən bayramlardır” – deyə o bildirib.

Xəbər lenti
0