Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dollar qəflətən bahalaşdı

Abunə olmaq
Xərclərin artması inflyasiyanın sürətlənməsi və Fed-in dekabrda faiz artırmasına səbəb ola bilər

BAKI, 31 avqust — Sputnik. ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, istehlakçı xərcləri iyul ayında təkan götürüb. İyulda şəxsi gəlirlər 0.4%, xərclər isə 0.3% artıb.

Sputnik Azərbaycan "Marja"ya istinadən xəbər verir ki, gözlənti şəxsi gəlirlərin 0.3 faiz, xərclərin isə 0.4 faiz artması istiqamətində idi.

Xərclərin artması inflyasiyanın sürətlənməsi və Fed-in dekabrda faiz artırmasına səbəb ola bilər.

Məlumatın açıqlanmasından sonra, dollar avro qarşısında bahalaşıb. Saat 17:15-ə olan məlumata görə, avro/dollar məzənnəsi 1.1840 səviyyəsinə düşüb.

Xəbər lenti
0