Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ərəb ölkəsi 250 milyardını itirdi

© AFP 2024 / FAYEZ NURELDINE Ər-Riyad şəhəri, Səudiyyə Ərəbistanı
Ər-Riyad şəhəri, Səudiyyə Ərəbistanı - Sputnik Azərbaycan
Abunə olmaq
Buna səbəb kimi, Qətər böhranı, Yəməndə aparılan hərbi əməliyyat və neftin qiymətinin aşağı düşməsi göstərilir

BAKI, 30 avqust — Sputnik. Səudiyyə Ərəbistanı son üç ildə 250 milyard dollar nağd valyuta itirib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Pul Agentliyi ölkənin təkcə son üç il ərzində 250 milyard dollar nağd vəsaiti itirərək bu göstəricinin son 6 ilin ən aşağı səviyyəsinə düşdüyünü açıqlayıb. Ölkənin valyuta ehtiyatları 14 ay ərzində dayanmadan azalır.

Statistikaya görə, ötən illə müqayisədə nağd valyutada 12,4 faiz azalma müşahidə olunub. Səudiyyə Ərəbistanının Pul Agentliyi 932 milyard səudiyyə rialı (249 milyard dollar) valyuta itirib.

Buna səbəb kimi, Qətər böhranı, Yəməndə aparılan hərbi əməliyyat və neftin qiymətinin aşağı düşməsi göstərilir.

Xəbər lenti
0