BAKI, 30 avqust — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Gürcüstanda yeni meşə yanğını başlayıb. Fövqaladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oktay Bayamovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hadisə Gürcüstanın Abastumani kurort şəhəri yaxınlığındakı geniş ərazidə baş verib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı ilə, Azərbaycan FHN Gürcüstana bir helikopter və 10 nəfərlik şəxsi heyət göndərib. Hadisə barədə gün ərzində məlumat veriləcək.