BAKI, 30 avqust — Sputnik. Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.
Yoxlama zamanı, vətəndaşın ayağındakı corabların içəri alt hissəsində 2 ədəd bağlamada olmaqla, ümumi xalis çəkisi 137,471 qram təşkil edən narkotik vasitə — heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.