CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı–Şamaxı yolunda nə baş verir?

© Photo : "Azəryaşlandşaft" ASC mətbuat xidmətiВakı–Şamaxı magistral avtomobil yolunun ətrafının yaşıllaşdırılması
Вakı–Şamaxı magistral avtomobil yolunun ətrafının yaşıllaşdırılması - Sputnik Azərbaycan
Abunə olmaq
Yaşıllıqlarda 734918 ədəd müxtəlif cinsli yerli bitmə şəraitinə uyğun, dekorativ, qiymətli ağac və kol bitkiləri əkilib

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 31 avqust — Sputnik. Əvvəllər Bakı–Şamaxı magistral avtomobil yolunun ətrafı qurumuş otlar, kələ-kötür təpələrdən ibarət idi. Yolun kənarında sərinləmək üçün yaşıllıq, kölgəlik yox idi. İndi isə hər yer göz oxşayır. Bir neçə il sonra ərazidə yeni istirahət mərkəzlərinin salınacağı da istisna edilmir.

Ağsu aşırımında sürüşmə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı-Şamaxı yolunda yeni sürüşmə zonası əmələ gəlib

"Azəryaşlandşaft" ASC-nin Aparat rəhbəri Ədilağa Məlikovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Bakı–Şamaxı magistral avtomobil yolunun ətrafının yaşıllaşdırılması ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin ("Azəryaşlandşaft" ASC) 5 və 12 saylı yaşıllaşdırma İdarələri məşğul olur: "Bakı-Şamaxı magistral avtomobil yolunun Müşfiqabad-Pirəkeşkül hissəsinin ətrafının yaşıllaşdırılmasına, Azərbaycan Respublikası Prezidentinin tapşırığına və Abşeron Rayon İcra Hakimiyyətinin 685 saylı 04.07.2010-cu il tarixli sərəncamına əsasən ayrılmış torpaq sahələrində 2010-cu ildə başlanılıb və bu məqsədlə 5 saylı Yaşıllaşdırma İdarəsi yaradılıb".

Ə. Məlikov bildirir ki, idarənin xidməti ərazisi 266 ha olmaqla, uzunluğu yolun hər tərəfində 8 km təşkil edir. Ərazidə 325929 ədəd müxtəlif cinsli ağac və kol bitkiləri (zeytun, eldar şamı, sərv, arizona sərvi, tuya, akasiya, göyrüş, badam, nar, tut və s.) əkilib, 266 ha sahədə damcılı suvarma sistemləri quraşdırılıb.

Bununla yanaşı, ərazidən keçən Qozlu çayının hövzəsi dərinləşdirilərək 120 min kub metr tutumu olan su anbarı, 500 m3-lik su çəni, sutəmizləyici qurğu, 3 ədəd nasosxana, 6 ədəd gözətçi otaqları, 1 ədəd 250 kVa-lıq transformator, inzibati bina inşa edilib, inzibati bina və nasosxanaların ətrafı abadlaşdırılıb.

© Photo : "Azəryaşlandşaft" ASC mətbuat xidmətiВakı–Şamaxı magistral avtomobil yolunun ətrafının yaşıllaşdırılması
Вakı–Şamaxı magistral avtomobil yolunun ətrafının yaşıllaşdırılması - Sputnik Azərbaycan
1/6
Вakı–Şamaxı magistral avtomobil yolunun ətrafının yaşıllaşdırılması

2/6

3/6

4/6

5/6

6/6

ASC yetkilisinin dediyinə görə, azsulu illərdə, isti yay aylarında Qozlu çayın üzərində yaradılmış torpaq su anbarında toplanan 120 min kub metr su ərazidə salınan 300 min ədəddən çox ağac və kol bitkilərinin suvarılmasını tam təmin edə bilmirdi. Buna görə də, 2014-cü ildə əlavə olaraq alternativ su mənbəyi yaratmaq üçün Taxta körpü-Ceyranbatan kanalından 160-200 mm-lik su boruları ilə 12 km uzunluğunda su xətti çəkilib, Qozlu çayının hövzəsi dərinləşdirilərək 480 min kub metr tutumu olan daha bir torpaq su anbarı, 2 ədəd nasosxana tikilib və 2 ədəd 250 kVa-lıq transformator quraşdırılıb.

"12 saylı Yaşıllaşdırma İdarəsi — Bakı-Şamaxı magistral avtomobil yolunun Cəngi hissəsinin ətrafının yaşıllaşdırılması məqsədi ilə Meşələrin İnkişafı Departamentinin Cəngi Meşəsalma müəssisəsinin bazasında 2013-cü ilin may ayında yaradılıb. Yaradılan zaman bu müəssisənin balansında olan 30 km uzunluğunda Qaradüzlü-Cəngi su xətti kompleksi və 338 ha meşə əkini təhvil alınıb. Hal-hazırda idarənin xidməti ərazisi 601 ha olmaqla, yolun hər tərəfində yaşıllıqların uzunluğu 43 km təşkil edir. Ərazidə 408989 ədəd müxtəlif cinsli ağac və kol bitkiləri (akasiya, zeytun, eldar şamı, sərv, tuya, iydə, qlediçiya, palıd, göyrüş, badam, nar, tut və s.) becərilir. 2014-cü ildə ASC tərəfindən ərazilərə damcılı suvarma sistemləri çəkilib" — müsahibimiz əlavə edir.

Ə. Məlikovun sözlərinə görə, ərazidə 500 m3-lik və 1000 m3-lik 2 ədəd su anbarı, 2 ədəd nasosxana inşa edilib, 2 ədəd 200 m3-lik su çəni, 2 ədəd 250 kVa-lıq transformator qurulub. Nasosxananın ətrafı abadlaşdırılıb: "Uzun müddət ərazidə suvarmada olan problemlər yaşıllıqlarda becərməni və normal bitiş alınmasını çətinləşdirirdi. 2014-cü ildə yaşıllıqlar damcılı suvarma sistemləri ilə təmin edildikdən sonra əkinlərdə rekonstruksiya-bərpa işləri yüksək sürət və keyfiyyətlə aparılmağa başlanılıb. Bu işlər bu gün də müvəffəqiyyətlə davam etdirilir".

Hasara alınmış tikinti sahəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yasamalda yaşıllıq məkanı müəmması: Təcili yardım, kafe, çoxmərtəbəli bina...

Ümumilikdə, 2010-2017-ci illərdə Bakı-Şamaxı magistral avtomobil yolunun ətrafında "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin tabeli qurumları tərəfindən hətta mal-qara otarmağa yararsız, şoranlaşmış, su və qamışlıq basmış, bataqlaşmış, tikinti tullantıları ilə çirklənmiş, istifadəsiz qalmış torpaqlarda salınan yaşıllıqların ümumi sahəsi 827 hektardır. Yaşıllıqlarda 734918 ədəd müxtəlif cinsli yerli bitmə şəraitinə uyğun, dekorativ, qiymətli ağac və kol bitkiləri əkilib. Ərazilər müasir damcılı suvarma sistemləri ilə təmin edilib.

Bu müddət ərzində həmin ərazilərdə 1 milyona m3-ə yaxın torpaq-hamarlama işləri aparılıb, dərə və yarğanlar doldurulub, tikinti və məişət tullantıları ilə çirklənmiş ərazilər təmizlənib, sahələrə yaşıllıqların salınması üçün 20 min kubmetrdən çox münbit torpaq qatı əlavə edilib, üzvi və mineral gübrələr verilib və 2 min km uzunluğunda damcılı suvarma sistemi quraşdırılıb. 5 ədəd müxtəlif güclü transformatorlar, 1500 m3 həcmində 2 ədəd dəmir-beton və 900 m3 həcmində 3 ədəd dəmir su çənləri qurulub. 600 min m3 həcmində 2 ədəd torpaq su anbarları, 7 ədəd nasosxana, 6 ədəd gözətçi evləri inşa edilmiş, 10 km-lərlə elektrik xətləri, alternativ su mənbələri yaratmaq məqsədilə 30 və 12 km–dən 200 mm-lik borularla su xətləri, 100 km-dən çox yanğından mühafizə zolaqları çəkilib.

Həmsöhbətimiz həmçinin qeyd etdi ki, gələcək illərdə Abşeron rayonu ərazisində, Bakı-Şamaxı magistral avtomobil yolunun Çaylı–Cəngi yaşayış məntəqələri arası hissəsinin sağ və sol tərəflərində yolun mühafizə zolağından kənarda 200 hektardan çox boş torpaq sahələrində yeni meyvə bağlarının (zeytun, badam, nar, tut və s.) salınması nəzərdə tutulur. Bu bağlar da salındıqdan sonra 5 və 12 saylı Yaşıllaşdırma İdarələrinin xidməti əraziləri birləşəcək, Müşfiqabad qəsəbəsindən Şamaxıya qədər yolun hər iki tərəfində əvvəlki landşaft tamamilə dəyişəcək, yeni biomühit və gözoxşayan mənzərə yaranacaq.

Xəbər lenti
0