BAKI, 29 avqst — Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdulla bin Zayed əl-Nahyan Suriyadakı problemin həlli üçün Türkiyə və İranın bu ölkədən çıxmalı olduğunu deyib.
Sputnik Türkiyənin xəbərinə görə, rusiyalı həmkarı Sergey Lavrovla görüşdə əl-Nahyan deyib ki, Ankara və Tehranın siyasəti Suriyanın suverenliyinə təhlükə yaradır.
“Suriya probleminin həlli üçün bu ölkənin suverenliyinə təsir etmək istəyən ölkələrin Suriyadan çıxması vacibdir. Açıq danışacam: bu ölkələr Türkiyə və İrandır” – ərəb nazir bildirib.
“Əgər Ankara və Tehran öz fəaliyyətini rəqabət üzərinə davam etdirərək ərəb ölkələrinin işlərinə qarışacaqlarsa, Suriyanın problemləri başqa ölkələri də əhatə edəcək” – əl-Nahyan əlavə edib.