ELM

Təhsil Nazirliyindən valideynlərə çağırış

© AR Ministry of EducationAzərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb

BAKI, 29 avqust — Sputnik. 2017-2018-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyinin (TN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məlumat verib.

Onun sözlərinə görə, tədris ili başlamazdan əvvəl dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur: "Şagirdlərdən və ya şagirdlərin valideynlərindən müvafiq dövlət ümumtəhsil məktəbinə sentyabrın 8-nə qədər müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Hansısa səbəbdən dərsliklərlə təminatda çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir".

Xəbər lenti
0