BAKI, 29 avqust — Sputnik. Azərbaycan Respublikası Mərkəzi Bankı manatın məzənnəsinə dair məlumat yayıb.
MB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, 30.08.2017-ci il tarixindən etibarən Mərkəzi Bankın rəsmi məzənnəsi 1 ABŞ dolları 1,7010 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün rəsmi məzənnə 1.7009 manatdır.
Xəbər verdiyimiz kimi, 29 avqust 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7010 səviyyəsində formalaşıb.