BAKI, 29 avqust — Sputnik. “Dünya Myanmadakı qətliam qarşısında kar və kordur. Nə eşitmir, nə də görmür.” Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət telekanalına özəl müsahibəsi zamanı deyib.
Myanmada ordunun və buddistlərin müsəlmanlara qarşı törətdiyi qətliam barəsində danışan Ərdoğan, məsələni BMT-də gündəmə gətirəcəklərini bildirib.
“Bu son hadisələr daha da acınacaqlıdır. Eşitdiyimiz rəqəmlər təəssüf ki, 3 minə yaxın insanın öldürülməsi ilə bağlıdır. Əlbəttə, bu məsələni ağır, şiddətli bir şəkildə pisləyirik. Bu mövzunu bütün beynəlxalq təşkilatların, BMT-nin qarşısında qaldıracağıq” – prezident qeyd edib.