Səfirlik Azərbaycan vətəndaşlarına xəbərdarlıq edir

© REUTERS / Adrees LatifПоследствия урагана Харви, Техас
Последствия урагана Харви, Техас - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın ABŞ-dakı səfirliyi Harvi qasırğası ilə əlaqədar xəbərdarlıqla çıxış edib

BAKI, 29 avqust — Sputnik. Azərbaycanın ABŞ-dakı səfirliyi Harvi qasırğası ilə bağlı bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib. APA-nın məlumatına görə, səfirliyin konsulluq xidmətinin "Facebook" səhifəsində bildirilir ki, Texas ştatında davam edən Harvi qasırğası ilə əlaqədar Azərbaycanın Vaşinqtondakı səfirliyində "qaynar xətt" fəaliyyət göstərir.

"Təbii fəlakətlə əlaqədar olaraq, vətəndaşlardan ABŞ-ın bu bölgəsinə səfər etməmələri tövsiyə olunur. Təbii fəlakət zonasında olan vətəndaşlarımızdan yerli dövlət qurumlarının təlimatlarına riayət etmələri və fövqəladə hallarda ABŞ Sahil Mühafizəsinin telefon nömrələrinə zəng etmələri xahiş olunur" — məlumatda bildirilir.

Xəbər lenti
0