BAKI, 28 avqust — Sputnik. ABŞ prezidenti Donald Tramp "Twitter"-də yazdığı mesajda Meksika xalqını hədəf alıb. Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, Tramp meksikalıları dünyanın ən cinayətkar milləti adlandırıb. Prezident yazıb ki, məhz bu fakta görə ABŞ və Meksika arasında divar olmalıdır.
Xatırladaq ki, Nümayəndələr Palatası bu ilin iyununda Meksika ilə sərhəddə divar tikintisinə vəsait ayrılması barədə qanun qəbul edib.