BAKI, 28 avqust — Sputnik. Suriyadakı rus əsgərlərinin PYD terror təşkilatının nəzarətində olan Tel-Rıfat bölgəsinə girdikləri iddia olunub. Sputnik Azərbaycan bu barədə "Sözcü" qəzetinə istinadən xəbər verir.
İddianı dəyərləndirən Türkdilli ölkələr birliyinin rəhbəri Güngör Yavuzaslan, Suriyada yeni planın işə salındığını deyib.
Qeyd edək ki, PYD-nin nəzarətində olan Tel-Rıfat, Türkiyənin dəstək verdiyi Azad Suriya Ordusunun idarəçiliyində olan bölgəyə çox yaxındır.