Partlayış bölgəsindən son xəbər

© Sputnik / Murad OrujovПожар в оружейном складе N-ской воинской части Минобороны Азербайджана
Пожар в оружейном складе N-ской воинской части Минобороны Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğın baş vermiş hərbi hissənin ərazisində yaradılmış qərargahın toplantısı keçirilib

BAKI, 28 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş vermiş yanğınla bağlı yaradılmış qərargahın toplantısı keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Növbəti dəfə əraziyə baxış keçirən müdafiə naziri general-polkovnik Zakir Həsənov idarə və xidmət rəislərinin iştirakı ilə xidməti müşavirə keçirib, digər dövlət qurumları ilə qarşılıqlı və əlaqəli fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş və tapşırıqlar verib. Partlayışın nəticələrinin aradan qaldırılması və digər məsələlərin araşdırılması istiqamətində intensiv surətdə işlər davam etdirilir.

Müdafiə Nazirliyi bildirir ki, utilləşmə məqsədilə hərbi hissənin ərazisinə toplanmış silah-sursat hazırda əhali, eləcə də şəxsi heyət üçün təhlükə yaratmır və partlamış köhnə sursatların Silahlı Qüvvələrin döyüş hazırlığına heç bir təsiri yoxdur.

Xəbər lenti
0