Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Nazirlik Ququşla bağlı qalmaqallı ittihamlara cavab verdi

Abunə olmaq
Məşhur müğənninin Azərbaycanda konsert verməsinə qadağa qoyulması ilə bağlı məlumatlara münasibət bildirilib

BAKI, 28 avqust — Sputnik. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan əsilli İran müğənnisi Ququşun Azərbaycanda konsert verməsinə qadağa qoyulması ilə bağlı məlumatlara münasibət bildirib. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-aa verilən məlumata görə, son günlər bəzi kütləvi informasiya vasitələrində müğənni Ququşun (Faiqə Atəşin) Azərbaycanda konsertinin təşkil olunmasına icazə verilməməsi ilə bağlı sensasiya xarakterli məlumatlar yer alıb.

Müğənni İvan Denisenko - Sputnik Azərbaycan
HADİSƏ
Populyar müğənni konsert zamanı öldü

Nazirlik mətbuatda yazılanlarla əlaqədar bildirir ki, müğənninin Azərbaycanda konsertinin təşkil olunması ilə bağlı nazirliyə müraciət daxil olmayıb: "İlk növbədə onu qeyd etmək istəyirik ki, Mədəniyyət və Turizm Nazirliyi, mərkəzi icra hakimiyyəti orqanı olaraq ölkəmizdə kommersiya məqsədilə keçirilən konsert proqramlarının təşkilatçısı qismində çıxış etmir".

Məlumatda qeyd olunub ki, bu cür kommersiya məqsədli, yerli və xarici müğənnilərin iştirakı ilə konsert proqramları Azərbaycanın müvafiq qanunvericiliyinə uyğun olaraq özəl qurumlar və prodüser mərkəzləri tərəfindən təşkil oluna bilər: "Buna misal olaraq, son illər paytaxt Bakıda, eləcə də bir sıra şəhər və rayonlarımızda xarici populyar müğənnilərin konsert proqramlarının keçirilməsini nümunə kimi göstərə bilərik. Ölkəmizdə öz tamaşaçı auditoriyası olan istənilən əcnəbi müğənninin də konsertinin təşkil olunmasına Nazirlik olaraq hörmətlə yanaşırıq".

"Eyni zamanda diqqətə çatdırırıq ki, Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan və daxil olmayan konsert salonlarında tədbirlərin təşkili həmin müəssisə və prodüser mərkəzləri arasında bağlanılmış müqavilə əsasında müvafiq vergi, icarə və digər təşkilatı xərclər ödənilməklə həyata keçirilir. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyindən rəsmi icazə alınması tələb olunmur" — nazirlik bildirir.

Əlavə olunur ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan mədəniyyətinin, milli irsinin ölkə daxilində, eləcə də xaricdə tanıdılması və təbliğ edilməsi məqsədilə dövlət əhəmiyyətli tədbirlər, konsertlər təşkil olunur: "Bəzi kütləvi informasiya vasitələrinə sensasiya xatirinə dövlətlərarası münasibətlərə xələl gətirəcək addımlardan çəkinməyi, peşəkar jurnalistika prinsiplərindən uzaqlaşmamağı tövsiyə edirik".

Xəbər lenti
0