Ekspert: “ABŞ və Çin arasındakı gərginlik qlobal böhran yarada bilər”

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, iqtisadi münaqişənin güclənməsi yaxşı heç nə vəd etmir

Natiq Cəfərli: “Bu “iqtisadi müharibə” qlobal böhran yaratmağa qadirdir”
ABŞ Çinlə “iqtisadi müharibə” vəziyyətindədir. Bunu ABŞ prezidentinin strateji məsələlər üzrə müşaviri Stiven Bennon bəyan edib.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, ABŞ və Çin arasındakı “iqtisadi müharibə” yeni yaranan bir məsələ deyil: “ABŞ Çini öz valyutasının məzənnəsini süni şəkildə ucuzlaşdıraraq ticarətdə haqsız rəqabətə getməkdə ittiham edirdi. Amerika mallarını ucuz şəkildə istehsal etdiyinə görə Ağ ev dəfələrlə bəyanatlar vermişdi. Son zamanlar gərginləşən geosiyasi proseslər də bu məsələyə təsirini göstərir”.

“Amerika və Şimali Koreya arasındakı gərginlikdə Şimali Koreya birmənalı olaraq Çinin sözünə qulaq asır. Çinin bu məsələyə reaksiyası Vaşinqtonun xoşuna gəlmirdi. Bu iqtisadi münaqişənin güclənməsi yaxşı heç nə vəd etmir.  Bu iki ölkə arasında “iqtisadi müharibə”nin şiddətlənməsi dünyada rəqabət mühitini zəiflətməyə və qlobal böhran yaratmağa qadirdir” – deyə o bildirib.

Xəbər lenti
0