Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rusiya torpağının altından Azərbaycan tarixi çıxdı

© Sputnik / Ulyana Solovyeva / Mediabanka keçidАрхеологические раскопки, фото из архива
Археологические раскопки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qızıl Ordanın döyüşçüləri piyaləni Şirvan yürüşü zamanı hərbi qənimət kimi ələ keçirərək, Don torpağına gətiriblər

BAKI, 27 avqust – Sputnik. Azov arxeoloqları Rostov vilayətində qazıntılar aparan zaman unikal Şirvan piyaləsi tapıblar. Sputnik Azərbaycan xəbər verir ki, bu piyalə Don torpağındakı qədim yaşayış məskənləri üçün nadir tapıntıdır. Şirvan şəhərlərində keramikadan hazırlanan qablar demək olar ki, ixrac edilmirmiş və ancaq daxili tələbat üçün nəzərdə tutulurmuş.

Balakən rayonunun Tülü kəndində aşkarlanmış Alban məbədinin qalıqları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanın şimalında möhtəşəm tapıntı

Tarixçilər hesab edirlər ki, Qızıl Ordanın döyüşçüləri piyaləni Şirvan yürüşü zamanı hərbi qənimət kimi ələ keçirərək, Don torpağına gətiriblər. Alimlər artefaktın dəqiq yaşını tam tarixi ekspertiza başa çatandan sonra söyləyə biləcəklər.

Rostov vilayətindəki qazıntılar yaxınlaşmaqda olan mundialla bağlıdır. 2018-ci ildə keçiriləcək futbol üzrə Dünya Çempionatı səbəbindən böyük şəhərlərin və idman obyektlərinin yenidən qurulması ilə bağlı olaraq, irimiqyaslı arxeoloji işlər başlayıb.

Demək olar ki, hər yerdə tikinti işləri dayandırılıb. Onların yerində isə arxeoloji ekspedisiyaların çoxsaylı çadırları qurulub. Hər gün yerin altından Don torpağının hələ çox sirləri qoruyub saxladığını sübut edən qədim əşyalar və artefaktlar tapılır.

Azov tarix-diyarşünaslıq muzeyinin arxeologiya şöbəsinin baş elmi işçisi Mixail Qonçarovun sözlərinə görə, torpaq tarixin unikal saxlanc yeridir. "Bizim keçdiyimiz hər metr, yüz il, min il geriyə səfər etməyimiz, dünyamızın kökünə qayıtmağımızdır. Bəli, məhz Azov stadionunun yenidən qurulması sayəsində tikinti işçiləri tarixin Qızıl Orda dövrünə aid çox böyük saxlanc yerinə rast gəliblər. Burada şəhər də var, yaşayış evləri də, emalatxanalar da. Bu, bizim dövrün çox böyük tapıntısıdır" – deyə o bildirib.

Qonçarov onu da nəql edib ki, yeni stadiona aparan kommunikasiyaların çoxu orta əsrlər Azakının böyük hissəsindən keçdiyindən, tikinti işçilərinə tarixi artefaktları aşkar etməyə imkan verib. "Biz hamımız alışmışıq ki, burada türklərə məxsus olan və Birinci Pyotrun hücum etdiyi Azov qalası var. Amma o, boş yerdən yaranmayıb" – Qonçarov bildirib.

Onun sözlərinə görə, təxminən 1270-ci ildə Menqu-Teymur xan bu ərazidə Azak şəhərinin əsasını qoyub və şəhər haradasa XVI əsrin əvvəlinə kimi mövcud olub. Sonra şəhər dağıdılıb, xarabalığa çevrilib. Amma yarandığı ilk dövrlərdə şəhər sürətlə böyüyüb, inkişaf edib və Qızıl Ordada problemlər yaşanmasaydı, çox yaxşı gələcəyi ola bilərdi.

Azak, həmin dövrün meyarlarına görə kifayət qədər böyük şəhər olub, orada 30 min əhali yaşayırmış. Alim qeyd edir ki, bu, orta əsrlər şəhəri üçün böyük rəqəmdir.

Qonçarov onu da bildirib ki, Azak XIII-XIV əsrlərdə kifayət qədər vacib rol oynayıb. Orada italiyalıların, genuyalıların və venesiyalıların ticarət faktoriyaları olub.

"Bir sözlə, şəhər Avropa və Asiyanı birləşdirən vacib ticarət punktu olub" – alim qeyd edib.

Qeyd edək ki, vaxtilə Şirvandan ticarət yolu keçib. Bu region bir çox yüzilliklər ərzində xarici qəsbkarların çoxsaylı hücumlarına məruz qalıb və müxtəlif dövlətlərin tərkibinə daxil olub.

Xəbər lenti
0