Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 26 avqust— Sputnik. Bu gün günorta saatlarında Qax rayonunun Əmbərçay kənd sakini, 2004-cü il təvəllüdlü Şəliyev Süleyman Hüseyn oğlu, özlərinə məxsus fındıq bağında fındıq ağacından özünü asıb. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə kənd sakinləri məlumat veriblər.
© Photo : Şəxsi arxivindənŞəliyev Süleyman
Şəliyev Süleyman
© Photo : Şəxsi arxivindən
Onların sözlərinə görə, hadisə, mərhum bacısı ilə zarafatlaşarkən baş verib. Belə ki, oğlan bacısına "adamlar özlərini belə asırlar" deyə zarafat edib. Amma sonradan özünü xilas edə bilməyib.
Kənd sakinləri oğlanın psixoloji durumunda heç bir problemin olmadığını, əksinə oxumağı, mütaliəni sevən bir yeniyetmə olduğunu söyələyiblər. Hazırda faktla bağlı araşdırma aparılır.